Pul,İqtisadiyyat,Faydalı
Yararsız pullarla nə etmək olar?
9 oktyabr 2026
Gübrə, tualet kağızı və s...
Biz yararsız pulları banka veririk. Bank isə o pulları toplayıb məhv edir. Amma başqa ölkələrdə belə deyil.
Məsələn, Yaponiyada yararsız pulları bu cür məhv etmirlər. Həmin pulların bir hissəsini doğrayıb təkrar emal edərək tualet kağızına, ofis ləvazimatlarına çevirirlər. Digər hissəsini inşaat sektorunda və ya yanacaq formasında istifadə edirlər.
Amerika Birləşmiş Ştatlarında da vəziyyət oxşardır. Gündə təxminən 20 ton yararsız dollar doğranır. Doğranmış hissələr üyüdülərək başqa maddələrlə emal edilir və kənd təsərrüfatında gübrə kimi istifadə edilir.
C
Müəllif
Ceyhun Qurbanov


