Albert Eynişeydi
Dünya,Qəribə hadisə

5 ildir ayaqüstə duran adam

9 oktyabr 2026

O, ali təhsilini yarımçıq qoyaraq dini yolla getməyi seçib...

Bu adam 5 ildir ayaqüstə dayanır. Yatmadan, oturmada, düz 5 ildir ayaqüstədir. Onun ayaqlarına baxın, tamam çöküb. Artıq yeriyə də bilmir.

Hindistanlı "Daulat Giri Ji Maharaj" adlı bu şəxs ali təhsilini yarımçıq qoyaraq dini yolla getməyi seçib. O, tövbə etmək, nəfsini cilovlamaq və tanrıya yaxınlaşmaq üçün bu ritualı etməyə qərar verib.

Bəs bu adam hələ neçə il ayaqüstə qalacaq? Sözügedən ritual 12 il boyunca oturmadan və uzanmadan ayaqüstə durmaqdan ibarətdir. Məbədin könüllüləri ona yemək, su və tualet məsələlərində kömək edirlər. Arada bir harasa söykənir və hardansa tutur. Başqa bir köməyi yoxdur.

Nə deyə bilərik ki? Uğurlar olsun. Qaldı 7 ili, bişey qalmayıb.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər