Albert Eynişeydi
Tibb,Elm,İxtiralar

Xəstəliyin səbəbini tapmaq üçün özünü o xəstəliyə yoluxduran həkim…

9 oktyabr 2026

Bu araşdırma ona Nobel qazandırıb

Söhbət avstraliyalı həkim Berri Ceyms Marşaldan gedir. O və həkim Robin Warren mədə xorası və qastritin "Helicobacter pylori" adlı bakteriya ilə əlaqəsini araşdırırdılar. Onlar peptik xora xəstəliyinin əsas səbəbinin həmin bakteriya olduğunu düşünürdülər. Marshall əllərindəki nəzərriyəni yoxlamaq üçün 1984-cü ildə başqa bir xəstənin mədəsindən götürülmüş bakteriya ilə özünü xəstəliyə yoluxdurur. Xəstəliyin ilk həftəsi Marshall üçün çox ağır keçir. 14-cü gün o, sağalmağa başlayır. Daha sonra özünü müalicə edərək tamamilə sağaldır.

Berri Marşal və Robin Varren bu kəşfə görə 2005-ci ildə Tibb üzrə Nobel mükafatı qazanırlar. Onların araşdırmaları uzun müddət xoranın əsas səbəbləri hesab edilən stress və həyat tərzi ilə bağlı fikirləri tamamilə dəyişdirir. Bu cəsarətli həkimlər sübut etdilər ki, "Helicobacter pylori" - qastrit və peptik xora xəstəliyinin əsas səbəblərindən biridir...

Qeyd edim ki, "Helicobacter pylori" bakteriyası insana çirkli su və çirkli qidadan keçir. İnsandan-insana isə ağız suyu və nəcis yolu ilə yoluxa bilir.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər