Tibb tarixinin ən inanılmaz nümunələrindən biri
Həm görür, həm də görmür...
Sizə çox qəribə bir tibbi nümunədən danışacam. Kimliyi açıqlanmayan, psxioloji xəstəliyi olan bir alman qadın var. 10-dan çox şəxsiyyəti var. Bu qadın 17 il əvvəl bir qəza keçirib və görmə qabiliyyətini itirib. Son 4 ildə psixoterapiyaya gedib.
Qadının şəxsiyyətlərindən biri yeniyetmə oğlandır. Qəzadan 17 il sonra seanslardan birində həkimlər qadının həmin yeniyetmə şəxsiyyətinə bürünəndə görə bildiyini müşahidə ediblər. İllər sonra qadın ilk dəfə jurnalın üzərindəki bir sözü görüb və onu oxuya bilib. Amma maraqlıdır ki, sözü hərf-hərf görə bilmirmiş, ancaq bütöv halda görürmüş. Sonrakı aylarda qadının görmə qabiliyyəti yaxşılaşıb. Lakin qadın, sahib olduğu şəxsiyyətlərdən ikisində yenə də görə bilmir.
Bəlkə qadın yalan danışırmış? Buna görə xəstəni müxtəlif testlərə salıblar. Məsələn, onu gözləri görməyən bir şəxsiyyət halında olanda vizual testlər edərək beynini analiz ediblər. Beyin heç bir vizuala reaksiya verməyib. Qadın başqa bir şəxsiyyətdə olanda eyni testi təkrarlayıblar. Bu dəfə beyin reaksiya verib.
Həkimlər onun görmə probleminin fiziki bir problem olmadığını düşünürlər. Qəzanın nə olduğu açıqlanmır. Amma həmin hadisədə beynin özünü müdafiə etmək üçün bu yolu seçdiyini düşünürlər. Bu nümunə dünyanı necə dərk etdiyimizə dair bildiklərimizi bir daha sual altında qoyur.
Müəllif
Ceyhun Qurbanov


