Albert Eynişeydi
Ölkələr,Təbiət

Tək ağaclı park

6 iyul 2026

Tək bir ağac 8500 kv. metr sahəni tutur...

Bu parkda neçə dənə ağac olar? Cavab sizi şoka salacaq. Tək bir ağac... Bəli, bu boyda yaşıllıq ərazi cəmi bir ağacın budaqlarıdır.

Braziliyanın Rio əyalətindəki bu ağac dünyanın ən böyük Kaju ağacıdır. O, 70 kaju ağacı böyüklüyündədir. 138 yaşı var. Bu ağac təxminən 8500 kvadrat metr sahəni tutur. İldə 70-80 min ədəd meyvə verir.

Şəkillərə baxanda deyə bilərsiniz ki, orda başqa gövdələr, başqa ağaclar var axı? Bizim gördüyümüz ağaclar yuxarı doğru budaqlanır. Kaju ağacı isə fərqlidir. Onun budaqları böyüyüb ağırlaşdıqca aşağı enir və torpağa girir. Torpaqda kök ataraq qidalanmağa başlayır. Gördüyünüz həmin digər gövdələr mərkəzdəki ağacın budaqlarıdır.

Kaju ağacı böyüməyə davam edir. Hər il onu budamağa məcburdular, çünki ətrafdakı yola və evlərə doğru uzanmağa davam edir.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər