Albert Eynişeydi
Dünya,Tarix,Qəribə hadisə

Tarixin 7 açılamış sirri

9 oktyabr 2026

Bəzilərinin minlərlə yaşı var...

Dünyamız çox maraqlı və inanılmaz sirrlərlə zəngindir. Onlardan ən çox diqqət çəkən 7-sini sizinlə bölüşmək istəyirəm:

Voynich əlyazması. 600 yaşı olan bu kitabda 170 min simvol var. Kitabın hansı dildə yazıldığı hələ də bilinmir. Ən qəribəsi isə odur ki, bu kitabda mövcud olmayan bitkilər və açıqlana bilməyən qəribə rəsmlər var. Kitabın sirrini çözdüyünü iddia edən insanlar var, amma hələ də əsaslı və məntiqli bir cavab yoxdur.

Phaistos Diski. 3700 il əvvələ aid olan bu gil diskin üzərində 242 simvol var. Həmin simvollar hələ də deşifrə edilməyib. Dünyada bu yazı sisteminə aid ikinci bir mətn nümunəsi yoxdur.

Roma dodekaedrləri. 1700 yaşı olan bu qəribə cismin nə olduğu bilinmir. Dünyada 130-dan çox belə əşya var. Fərqli ölçülərdə, fərqli bəzəklərdə versiyaları var. Maraqlıdır ki, hər şey haqqında yazılar yazmağı sevən romalılar bu əşya haqqında heç nə yazmayıblar.

Polşadakı əyri meşə. Polşanın şimal-qərbində meşənin içində 400 ədəd qəribə, əyri bitmiş şam ağacı var. Ağaclar kökündən etibarən 90 dərəcə yana doğru əyilir və sonra yenidən şaquli olaraq yüksəlir. Bu ağacların təxminən 90 yaşı var. Əkildiyi tarixdə bura Almaniya ərazisi olub. Əyri ağacların sirri hələ də açılmayıb.

Paracas Candelabra. 2200 il yaşı olan, şamdana bənzər bu işarə Perunun Pisco körfəzində yerləşir. Uzunluğu 180 metr, eni 70 metrdir. 2200 il keçməsinə baxmayaraq bu geoqlif silinmədən təpənin üzərində qalıb. İşarənin nə ifadə etdiyi və hansı məqsədlə orada olduğu hələ də bilinmir.

Kryptos heykəli. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsinin qarşısında belə bir heykəl var. Bu heykəl 36 il əvvəl bura qoyulub. 865 simvoldan, 4 ayrı hissədən ibarətdir. 3 hissənin cavabı tapılıb, amma 4-cü hissənin cavabı hələ də deşifrə edilməyib.

Sin Şi Xuandinin Məqbərəsi. Tapılan ən qəribə arxeoloji nümunələrindən biridir. 2200 il yaşı var. Çin imperatorunun məqbərəsində gildən hazırlanmış 8 mindən çox əsgər, 670-dən çox at və 130-dan çox araba tapılıb. Maraqlıdır ki, bütün əsgərlərin üzü fərqlidir. Alimlər imperatorun cəsədinin olduğu hissəni qaza bilmirlər. Cihazlar göstərir ki, burada yüksək miqdarda civə var. Həmin kamerada bizi nə gözlədiyini bilmirik. Bu bir tələ və ya özünü məhv etməyə hazır olan sistem ola bilər. Məqbərənin bu hissəsinin sirri hələ də açılmayıb.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər