Tarix
Tarixdəki ən qəribə vergilərdən biri - Sidik vergisi
9 oktyabr 2026
Qədim romalılar sidiyin sehirli gücünü kəşf etmişdilər. Ondan dişləri ağartmaq, paltarları yumaq və heyvan dərilərini emal etmək üçün istifadə edirdilər. Hətta bu mayenin dişləri çürüməkdən qoruduğuna da inanırdılar. Bunun əsas səbəblərindən biri sidiyin tərkibindəki ammonyakın təmizləyici xüsusiyyətlərə malik olması idi.
Həmin dövrdə Romada sidik ictimai tualetlərdən toplanır və müxtəlif sahələrdə istifadə olunmaq üçün satılırdı.
Bu ticarətin iqtisadi dəyərini başa düşən Roma imperatorları Nero və Vespasian, "xüsusi sidik vergisi" tətbiq etmişdi
İndi də bəzi ölkələr, emal edilmiş sidiyi kənd təsərrüfatında gübrə kimi istifadə edir.
C
Müəllif
Ceyhun Qurbanov


