Albert Eynişeydi
Gündəm,Texnologiya

”Super Süni intellekt təhlükəsi” sürətlə yaxınlaşır

9 oktyabr 2026

Yavaşlamalıyıq...

"Süni intellekt qarşımızdakı 6-12 ay ərzində bütün interneti ələ keçirə bilər." Bu fikirləri hazırda ən güclü Süni İntellekt alətlərindən biri olan "Claude"-un sahibi "Anthropic" şirkətinin rəhbəri Dario Amodei bir neçə gün əvvəl deyib.

"ChatGPT"nin sahibi "OpenAI"ın rəhbəri Salm Altman və onun rəqibi Elon Musk bu fikri dəstəkləyiblər və süni intellektin inkişafını yavaşlatmağın lazım olduğunu bildiriblər. Bu elə belə bir qərar deyil. Kapitalist bir dünyada rəqib şirkətlərin önə çıxmaq üçün, inkişaf etmək üçün hər şeyi etdiyi bir dünyada belə ortaq bir qərar çox nadir və çox önəmlidir.

Bəs interneti ələ keçirmək nə deməkdir? İqtisadiyyat, nəqliyyat, zavodlar, ticarət, bank sektoru və dünyadakı bir çox sahə birbaşa internetlə idarə edilir. İnterneti ələ keçirən pis məqsədli bir Süni İntellekt sürüsünün dünyanı nə hala sala biləcəyini təsəvvür edin. Niyə məhz sürü? Çünki bunu edən sistem bir süni intellekt agentindən ibarət olmayacaq. Bunu yüzlərlə fərqli süni intellekt agenti birləşərək edəcək. Daha öncə aparılan araşdırmalarda 2 fərqli süni intellekt agentinin başa düşmədiyimiz bir dildə bir-biri ilə əlaqə saxladığını öyrənmişdik.

Ən pis hal odur ki, bəlkə də həmin pis niyyətli süni intellekt sürüsü artıq mövcuddur. Sadəcə biz hələ onun fərqində deyilik. Bəlkə də insanlıq öz əlləri ilə yaratdığı bu alətlə məhv ediləcək.

Bu gün yaşı 30-dan çox olan hər bir insan həyatında texnologiyanın necə sürətlə dəyişdiyinə şahid olur. Dünya tarixində heç vaxt belə yüksək tempdə inkişaf görməmişik. Təbii ki, Süni inetllektin bir çox faydası var. Bu vasitə yaxın illərdə demək olar ki, bir çox xəstəliyin çarəsini tapmağa qadirdir. Amma Elon Muskın da dediyi kimi - "Süni İntellekt" nüvə silahlarından daha təhlükəlidir. Onun inkişafı mütləq yavaşladılmalıdır.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər