Albert Eynişeydi
Qəribə hadisə,İncəsənət,Texnologiya

Qeyri-adi sənət əsəri: tək bir baş uğrunda mübarizə aparan 18 başsız bədən

14 may 2026

18 başsız bədən dairəvi qara masanın altında diz çöküb...

18 başsız bədənin tək bir baş üçün apardığı sonsuz mübarizə. “Dairəvi masa” adlı bu bənzərsiz müasir incəsənət nümunəsi Cənubi Koreyalı sənətçi Choe U-Ram tərəfindən hazırlanıb.

Samanla örtülmüş 18 başsız bədən dairəvi qara masanın altında diz çöküblər. Masanın üzərində isə samandan bir baş var. Həmin baş hansı bədənə yaxınlaşsa, əks tərəfdəki bədənlər əyilərək tarazlığı pozur və başın istiqamətini dəyişirlər. 18 bədənin sonsuz mübarizəsi həmişə nəticəsiz qalır.

Bu əsər cəmiyyətdəki rəqabəti, iyerarxiyanı və insanın sonsuz mübarizəsini göstərir.

Masanın üstündə, yuxarıda 3 dənə qara quş fırlanır və aşağı baxır. Onlar aşağıdakı başsız bədənləri müşahidə edən ali gücləri - yəni iqtidarı təmsil edir.

Masanın altında diz çökmüş başsız bədənlər bu sistemin diz çökmüş fərdləridir. Onlar masanın ağırlığını çiyinlərində daşıyırlar. Başa sahib olmaq üçün mübarizə aparırlar, amma sistem elə qurulub ki, mübarizə hər zaman nəticəsiz qalır.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər