Təbiət,Heyvanlar
Özünü ilan kimi göstərən tırtıl
9 oktyabr 2026
Balaca bir ilana oxşayan bu qəribə canlı, əslində bir tırtıldır. Normal halda belə görünmür, hətta onu yaraşıqlı bir tırtıl da saymaq olar. Amma təhlükə hiss etdikdə beyni çönür. Bədəninin ön hissəsini şişirdərək qısa müddətdə özünü ilana çevirir və bu cür müdafiə olunur. İzlədiyiniz gözlər real deyil, sadəcə bəzəkdir.
Elmi adı "Hemeroplanes triptolemus"dur. Amazon meşələrində yaşayır. Mükəmməl kamuflyaj bacarığı ilə bu təhlükəli meşədə yaşamağı bacarır.

C
Müəllif
Ceyhun Qurbanov


