Öz şəlaləsi ola körpü
Çinlilər yeraltı suları körpü ilə şəlaləyə çevirir
Hazırda dünyanın ən hündür körpüsünə baxırsınız. Çinlilər uzunluğu 2890 metr olan bu körpünü cəmi 44 aya tikiblər. Əvvəl 2 saata gedilən yol, indi "Huacianq Kanyon Körpüsü" sayəsində 2 dəqiqəyə enib.
Aşağıdan keçən "Beipan" çayından körpüyə qədər olan hündürlük 625 metrdir. Körpünün inşasında 22 min ton polad konstruksiya istifadə edilib. Döşəmənin eni 30.5 metr, qalınlığı 8 metrdir. Tikintidən sonra yük maşınları ilə edilən testlər göstərib ki, körpü 3360 tonluq yükə asanlıqla tab gətirə bilir.
Burada əsl mühəndislik işi var. Onlar demək olar ki, hər şey nəzərə alınıb. Mütəxəssislər körpünün inşası zamanı dağda yeraltı sularla rastlaşmışdılar. Adamlar elə bir sistem qurublar ki, həmin sular körpünün mərkəzindən şəlalə kimi aşağı, çayın üzərinə süzülür. Nəticədə inanılmaz gözəl mənzərə yaranır.
Müəllif
Ceyhun Qurbanov


