Dünya,Qəribə hadisə
O məşhur dəlik görüntüsü realdır?
9 oktyabr 2026
Berryessa gölündəki nəhəng dəlik
Yəqin ki, bu görüntünü internetdə ən az az bir dəfə görmüsünüz. Videolar tamamilə realdır. Amma bu dəlik "başqa dünyaya açılan qapı" filan deyil. Kaliforniyada yerləşən Berryessa gölünün daşmasının qarşısını almaq üçün hazırlanmış bir suötürücü qurğudur. Dəliyin diametri 22 metr, dərinliyi 61 metr, qurğunun ümumi isə uzunluğu 610 metrdir.
Yaz aylarında göldə suyun səviyyəsi artdıqca əlavə sular bu dəlik vasitəsilə Putah dərəsinə boşaldılır. Qurğunun maksimal suötürmə bacarığı saniyədə 1.3 milyon litrdir.
İndiyə kimi dəliyə düşüb ölən cəmi 1 insan olub. Həmin şəxs 1997-ci ildə göldə üzürmüş. Su axını onu dəliyə tərəf aparıb və həmin şəxs həyatını itirib.

Dəliyin içi
C
Müəllif
Ceyhun Qurbanov


