Albert Eynişeydi
Gündəm,Dünya

Minlərlə insan 71 ildir yaşadığı evdən çıxarılan qadın üçün küçələrə çıxdı…

9 oktyabr 2026

O, İspaniyada ev böhranının simvoluna çevrilib...

71 ildir yaşadığı evindən məcburi çıxarılan qadın üçün 10 mindən çox insan küçələrə çıxdı...

İspaniyanın Madrid şəhərində 87 yaşlı María del Carmen üçün insanlar ayağa qalxıb. Səbəb qadının yaşadığı binanın yeni sahibi olan şirkətin qiymət artımıdır. Qadın bu evdə güzəştli şərtlərlə aylıq 500 avroya kirayə qalırmış. Şirkət isə indi qadından aylıq 2650 avro tələb edir. Yaşlı xanım ödənişi edə bilmədiyi üçün evdən məcburi formada çıxarılır. Bu məsələ İspaniyada gündəm olub və minlərlə insan etiraz üçün küçələrə çıxıb.

Bir çox məşhur şəxs yeni kirayə haqqını ödəməyi təklif edib, amma binanın sahibi olan şirkət təklifləri qəbul etmir. Görünür, məqsədləri fərqlidir. Hazırda etirazlar dalğa-dalğa yayılaraq İspaniyanın digər şəhərlərinə də sıçrayır. 87 yaşlı María del Carmen İspaniyada ev böhranının simvoluna çevrilib.

Qadına başqa ev tapmaq olmazmı? Əlbəttə olar. Amma məsələ o deyil. Məsələ insan hüquqları, vətəndaş birliyi və vicdandır.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər