Albert Eynişeydi
Bioqrafiya,Kosmos,Elm

Marsa adını yazdıran azərbaycanlı

9 oktyabr 2026

İbrahimov Krateri

Marsda bir azərbaycanlının adına krater var. "İbrahimov Krateri". Bəli, bizdən 225 milyon kilometr uzaqda bizdən birinin soyadını daşıyan krater var. Həmin kraterin diametri 87 kilometrdir.

Bəs kimdir bu "İbrahimov"? O, azərbaycanlı astronom və astrofizik Nadir İbrahimovdur. 1932-ci ildə Qubada dünyaya gəlib. Nadir bəy Mars, Yupiter və Venera planetlərinin öyrənilməsində mühim rol oynayıb. O, cəmi 2 metrlik teleskopu ilə Mars planetinin xəritəsini tərtib etmişdir.

Nadir İbrahimov 44 yaşında ürək çatışmazlığından həyatını itirib. Ölümündən 5 il sonra Yunanıstanda keçirilən Beynəlxalq Astronomiya İttifaqının Baş Assambleyasında Mars səthindəki kraterlərdən biri onun şərəfinə "İbrahimov krateri" adlandırılıb.

İbrahimov krateri

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər