Bioqrafiya,Kosmos,Səyahət
Kosmosda fasiləsiz 365 gün keçirən azərbaycanlı
9 oktyabr 2026
365 gün 22 saat kosmosda...
Kosmosda fasiləsiz olaraq en çox vaxt keçirmiş 10 insandan birinin azərbaycanlı olduğunu bilirdinizmi?
Həmin şəxs 1951-ci ildə Bakıda doğulmuş, Azərbaycan Sovet Sosialist Respublikasının vətəndaşı olan Musa Manarovdur. O, ümumilikdə kosmosda 541 gün keçirib. Fasiləsiz kosmosda olmaq rekordu 365 gün 22 saatdır. Bu göstəriciyə görə dünyada 8-ci yerdədir. Musa Manarov bu tarixi missiyanı 1987–1988-ci illərdə "Mir" kosmik stansiyasında Vladimir Titov ilə birgə həyata keçirib.
"Mir" kosmik stansiyasının əsas məqsədlərindən biri uzunmüddətli kosmik uçuşların insan orqanizminə təsirlərini öyrənmək idi. 15 illik fəaliyyəti ərzində bu stansiyada 16 mindən çox elmi-texniki tədqiqat aparılıb.

C
Müəllif
Ceyhun Qurbanov


