İçki içmədən sərxoş olan adam
Bu xəstəlik 10 ildir davam edir...
Bu adam spirtli içki içmir, amma 10 ildən çoxdur ki, sərxoşdur. O, ani hallarda özünü sərxoş kimi hiss edir, daha sonra dediklərini və elədiklərini unudur. Eric Poulin adlı bu adam spirtli içki içmədiyi halda alkoqolla bağlı testləri müsbət çıxır.
Bunun səbəbi çox nadir rastlanan bir xəstəlikdir. İndiyə kimi dünyada bu xəstəliklə bağlı 100-dən çox şəxs qeydiyyata alınıb. Erikin bağırsağındakı mikroorqanizmlər, qəbul edilən karbohidratları parçalayaraq həddindən çox etanol, yəni alkoqol istehsal edir. Nəticədə bu insan heç bir spirtli içki qəbul etmədiyi halda, bədəni özü-özünə alkoqol "istehsal etdiyi" üçün sərxoş olur.
Erikin bütün həyatı alt-üst olub. Professorlar hazırda onu yaxından izləyirlər və müalicə etməyə çalışırlar. Hələ ki, bir nəticə yoxdur. Amma mübarizə davam edir.
Müəllif
Ceyhun Qurbanov


