Albert Eynişeydi
Təbiət,Dünya

İçində 100 ton su saxlaya bilən ağac

9 oktyabr 2026

Ona "Həyat ağacı" deyirlər...

Bu ağac içində 100 ton su saxlayır. 100 ton...

Bu elə bir rəqəmdir ki, ilk dəfə eşidəndə mən də inanmadım. Amma araşdırdım ki, Baobab adlı bu ağacların böyükləri doğurdan da gövdəsində 100-120 ton su saxlaya bilir. Sadəcə bu formada yox. Ağacın oduncağı süngər kimidir. Yəni digər ağacların oduncağı kimi sərt deyil. Həmin süngərvari oduncaq özündə su toplayır və gövdəni genişləndirir. Beləliklə, ağac aylarla davam edən quraqlıq dövründən sağ çıxa bilir.

Güclü quraq dövrlərdə fillər və digər canlılar ağacın nəm oduncağını yeyib sağ qalırlar. Yəqin ki, elə bu səbəbdən də bəzi yerli xalq Baobab ağacına "Həyat ağacı" deyir...

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər