Albert Eynişeydi
Rekordlar,Pul

Dünyanın ən bahalı toyu

9 oktyabr 2026

Söhbət 1 milyard dollardan gedir...

Tarixin ən bahalı toyuna nə qədər pul xərcləndiyini bilirsiniz?

Həmin toy, tanınmış rusiyalı neft və media maqnatı, milyarder Mixail Qusaryovun oğlunun toyudur. Qusaryovun oğlu Səid 2016-cı ildə sadə bir ailədən gələn və stamotologiya tələbəsi olan Xədicə ilə evlənir. Gəlinin geyimi Parisdə xüsusi daşlarla dizayn edilib və paltarın ağırlığı 25 kiloqram olub.

Toyda təxminən 600 qonaq iştirak edib və onların hər birinə xüsusi qutularda dəyərli hədiyyələr verilib. Qonaqların daşınması üçün Rolls-Royce və Bentley markalı avtomobillərdən ibarət toy karvanı təşkil edilib. Məkanı bəzəmək üçün istifadə edilən gördüyünüz bütün güllər təbiidir.

Məclisdə Cennifer Lopez, Stinq və Enrike İqlesias kimi ulduzlar oxuyub. Bu toy ailəyə təxminən 1 milyard dollara başa gəlib.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər