Dünyadakı ən bahalı tikili
Dini turizm ölkə iqtisadiyyatına ildə 12 milyard dollar xeyir gətirir
Dünyadakı ən bahalı tikili "Məscidül-Həram"dır. Təxmini dəyərinin 100 milyard dollar olduğu iddia edilir.
"Məscidül-Həram" eyni anda 1.7 milyon insanı qəbul edə biləcək qədər böyükdür. Burada 11 mindən çox insan işləyir. Hazırda tikilinin ümumi sahəsi 1.5 milyon kvadrat metrə yaxındır. Tikinti layihələri davam edir və bu sahəni ildən-ilə artırırlar. "Məscidül-Həram"da 224 eskalator, 2964 tualet var.
Hər il 20 milyona yaxın insan "Məscidül-Həram"ı ziyarət edir. Hər ziyarətçi səfər zamanı 3-20 min dollar arası pul xərcləyir. Dini turizm Sudiyyə Ərəbistanı iqtisadiyyatına ildə 12 milyard dollar xeyir verir.
Dünyadakı ən bahalı tikili "Məscidül-Həram"dır. Amma Kosmosda daha bahalı bir obyekt var. Söhbət 150 milyard dollarlıq Beynəlxalq Kosmik Stansiyadan gedir.
Müəllif
Ceyhun Qurbanov


