Albert Eynişeydi
Qəribə hadisə,Bioqrafiya

Bir yapon üçün Titanikdən xilas olmağın bədəli

9 oktyabr 2026

"O, Samurayların ruhuna xəyanət etmişdi"

Titanik qəzasından xilas olan və öz xalqı tərəfindən qorxaq adlandırılan yapon sərnişin. Masabumi Hosono. O, Titanik gəmisindəki yeganə yapon idi...

Masabuminin bileti 2-ci sinif idi. Bu səbəbdən qəza zamanı ona alt mərtəbəyə, xilasedici qayıqlardan uzağa getməyi əmr etdilər. Batan gəmidə dəhşətli bir izdiham yaşanırdı. Masabumi bu qarışıqlıqdan istifadə edərək gizlicə gəminin göyərtəsinə çıxmağı bacardı.

Titanikdə öncə qadınlar və uşaqlar pratakolu var idi. Xilasetmə qayıqlarına ilk olaraq uşaqlar və qadınlar buraxılırdı. Masabumi suya endirilmək üzrə olan 13 nömrəli qayıqda bir boş yer gördü və özünü həmin qayığa tulladı. Beləliklə, o, xilas oldu və vətəni Yaponiyaya geri döndü.

Masabumi Hosono haqqında qəzetdə yazılar çıxmağa başladı. Yapon xalqı onu qorxaq adlandırdı. İnsanlar deyirdi ki, "O, Samurayların ruhuna xəyanət etmişdi. Yaponiyada Masabumiyə qarşı "mura hachibu" tətbiq edildi. Bu bir növ ictimai təcrid ənənəsidir. Yaponların bu adətinə görə həmin şəxslə ölənə kimi heç kim danışmır. İki istisna hal var. Ancaq yanğın və ölüm anında onunla danışmaq olar.

Masabumi Hosono özünü tarixin ən məşhur qəzasından xilas etdi, lakin ölənə kimi bu utancla yaşamalı oldu...

Bəzi rəqəmlər:

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər