Albert Eynişeydi
İdman

Bir kubokun 2 yerə bölündüyü oyun

9 oktyabr 2026

Qalibsiz final...

Bu kubok niyə 2 yerə bölünür? Çünki finalın 2 qalibi var. Qəribə səslənsə də məsələnin özü belədir. 1958-ci ildə Ankarada futbol tarixindəki ən nadir hadisələrdən biri baş tutdu.

Fenerbahçe və Qalatasaray klubları arasında keçirilən final oyununda əsas vaxt bir-bir hesabı ilə bitdi. Əlavə 30 dəqiqədə də qapılara qol vurulmadı. Hava qaraldığı üçün kamandaların kapitanları Turgay Şeren və Naci Erdem kubokun ortadan kəsilərək 2 hissəyə bölünməsini təklif etdilər. Çünki axşam düşmüşdü və futbolçular İstanbula qayıtmaq üçün axırıncı qatara çatmalı idilər. Klub prezidentləri və dövrün baş naziri Adnan Menderes bu maraqlı fikri qəbul etdi. Yaxınlıqdakı fabrikdən gətirilən işçi kuboku iki bərabər hissəyə böldü.

Beləliklə, yarımkuboklar klubların tarixində xüsusi və təkrarolunmaz bir yer tutdu...

Türkiyədə 1973-cü ildə bu hadisəyə bənzər başqa bir hadisə də baş vermişdi. Qalatasaray - Göztəpə arasındakı finalın qalibi müəyyən edilməmiş və kubok 2 bərabər hissəyə bölünmüşdü.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər