Albert Eynişeydi
Dünya,Qəribə hadisə

Alkatraz həbsxanasının "isti su" hiyləsi

9 oktyabr 2026

Yüksək təhlükəsizlik qaydaları ilə tanınan məşhur həbsxana

Bu məşhur həbsxanada məhkumlar isti su ilə çimiblər. Komfortlu bir yer olduğu üçün yox ha.... Daha maraqlı səbəbləri var. Söhbət məşhur keçmiş Alkatraz ada həbsxanasından gedir. Bura yüksək təhlükəsizlik qaydaları ilə tanınır.

Həbsxanada məhkumlara isti su verilməsinin səbəbi onların qaçmasının qarşısını almaqdır. Məlum məsələdir ki, burdan qaçmaq üçün soyuq körfəz sularına tab gətirməlisən. İsti suya öyrəşən bədən üçün isə bu, ikiqat çətindir.

Təxminən 29 illik fəaliyyəti dövründə bu həbsxanadan 14 dəfə qaçışa cəhd edilib. Ümumilikdə 36 məhbus qaçmağa çalışıb. Lakin onlardan iyirmi üçü təkrar həbs edilib, altısı öldürülüb, ikisi suda boğulub, beşi isə itkin sayılır. Yəqin ki, həmin beş nəfər doğurdan da qaçmağı bacarıb. Bu haqda çox maraqlı film də var, izləyə bilərsiniz.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər