32 il bir adada tək yaşayan adam
O, insanlardan uzaqlaşmaq istəyirdi...
O, 50 yaşında Mauro Morandi bir adam 1989-cu ildə dostları ilə səyahətə çıxır. İstiqamət Polineziya idi, amma balaca gəmiləri Sardiniya yaxınlığında xarab olur. Onlar yaxınlıqdakı kimsəsiz Budelli adasında fasilə etməli olurlar. Budelli cənnət kimi bir yerdir. Nadir çəhrayı qumlar, dənizin gətirdiyi sərin meh, insanlar yox, şəhərin səs-küyü yox, siyasət və problemlər yox... Mauro bu adaya aşiq olur.
Balaca gəmi təmir olur və dostlar yola çıxmağa hazırlaşırlar. Mauro isə səyahətdən imtina edir. O, ömrünün sonuna kimi bu balaca tənha adada qalmağa qərar verir.
Mauro adada II Dünya müharibəsində qalmış kiçik sığınacaq tapır və oranı evinə çevirir. O, adanın qeyri-rəsmi mühafizəçisinə çevrilir. Çəhrayı qumları oğurlamaq istəyənlərə mane olur. Bəzi insanların adanı çirkləndirməsinin qarşısını alır. Heç bir ödəniş almadan adanı qoruyur. Çox nadir hallarda rezin qayığı ilə ən yaxın adaya gedib oradan ərzaq alır. Mauro əvvəllər müəllim işlədiyi üçün təqaüd alır və həmin pulla dolanır.

Onu bu adaya gətirən şey insanlardan, istehlak cəmiyyətindən, şəhərin səs-küyündən və sistemdən uzaqlaşmaq istəyi idi. Gəncliyində üsyankar bir ruhu var idi və mövcud sistemi sevmirdi.
Mauro Morandi 32 il boyunca bu adada tək və xoşbəxt yaşadı. Sonra 2016-cı ildə dövlət Budelli adasını öz mülkiyyətinə çevirdi və Maurodan adanı tərk etməsini istədi. Bir neçə il davam edən məhkəmədən sonra 81 yaşlı Mauro sevimli cənnətini, evini tərk etməyə məcbur qaldı. Tək yaşadığı adadan birotaqlı bir evə köçməli oldu. 4 il sonra Mauro vəfat etdi.
Onun son arzusu yerinə yetirildi. Külləri Budelli adasına səpələndi. Mauro Morandi Budelli adasına yenidən qovuşdu.

Müəllif
Ceyhun Qurbanov


