Albert Eynişeydi
Tibb,Qəribə hadisə

29 il sonra komadan ayılan qadın

9 oktyabr 2026

Yoldaşı onu tək buraxmadı...

22 noyabr, 1963-cü il. Kennedi suiqəsdi ilə bağlı xəbərləri izləyən 50 yaşlı Shapiro insult keçirir. Xanım Annie Shapiro vegetativ vəziyyətə keçir. Yəni nəfəs alır, amma şüuru olmur.

Nil Armstronq ayda yeriyir, Vyetnam müharibəsi bitir, SSRİ çökür, kompüterlər dövrü başlayır. Beləliklə, 29 il keçir...

14 oktyabr 1992-ci il. Qadın və yoldaşı qocalar evində yaşayır. Yoldaşı deyir ki, "çarpayıda uzanmışdıq. Birdən Annie oyandı və televizoru aç dedi. Sevimli şouproqramı "I Love Lucy"ni izləmək istədi." Möcüzə baş vermişdi.

Annie televizorun ağ-qara yox, rəngli olduğunu görəndə şoka düşdü. Daha sonra yoldaşının qocaldığını gördü. Aynada öz üzünə baxdı, qışqırdı və ağladı. Dərisi qırışmış, saçları ağarmış və yaşlanmışdı. 79 yaşı var idi və ömrünün 29 ilini itirmişdi.

İlk olaraq oğluna zəng etmək istədi. Amma telefonun naqilsiz olduğunu görəndə çox təəccübləndi. Yeniyetmə olduğunu xatırladığı oğlu artıq 48 yaşında idi və 2 uşağı var idi. Sonra bacısı ilə danışmaq istədi. Amma artıq bacısı və qardaşları çoxdan vəfat etmişdi.

29 il boyunca səssiz qalan qadın oyandıqdan sonra dayanmadan danışır və hər şeyi öyrənməyə çalışırdı. Annie Shapiro 29 il boyunca yanında olan və onu heç vaxt tərk etməyən həyat yoldaşına yenidən aşiq oldu. Birlikdə gəzdilər, əyləndilər və çətinliklə də olsa rəqs etdilər. Annie vegetativ vəziyyətdən ayıldıqdan sonra, yoldaşı onunla birlikdə təxminən 3 il yaşaya bildi. Kişi vəfat etdi, qadın isə 90 yaşına kimi yaşadı...

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər